
Azərbaycan millisinin və İngiltərənin "Vulverhempton" futbolçusu Renat Dadaşov karyerasını yenidən İsveçrədə davam etdirə bilər.
Sportnet.az- "Report"a istinadən xəbər verir ki, "Qrasshopper" klubu 23 yaşlı hücumçunun xidmətində maraqlıdır.
Sürix təmsilçisi forvardı yenidən icarəyə götürmək istəyir.
Qeyd edək ki, Renat Dadaşov 2020-ci ildə də icarə əsasında "Qrasshopper"də çıxış edib.