"Sabah"ın heyətinə qatmaq istədiyi Braziliya millisinin sabiq futbolçusu Vaqner Lavın yeni klubu müəyyənləşib.
Sportnet.az yerli mətbuata istinadən xəbər verir ki, 38 yaşlı hücumçu Braziliyanın C Seriyasında çıxış edən "Paysandu" ilə anlaşıb.
Təcrübəli oyunçu ilə imzalanacaq müqavilənin detalları hələlik bəlli deyil.
Qeyd edək ki, son klubu Danimarka "Midtüllan"ı olan Vaqner Lav Rusiyanın MOİK, Fransanın "Monako", Türkiyənin "Alanyaspor", "Beşiktaş" və Qazaxıstanın "Kayrat" komandalarının da formasını geyinib.