
İspaniyanın "Atletiko" (Madrid) klubunun prezidenti Enrike Sereso Portuqaliya millisinin və İngiltərə "Mançester Yunayted"inin futbolçusu Kriştianu Ronaldunu transfer edəcəkləri ilə bağlı iddialara münasibət bildiirb.
Sportnet.az-ın məlumatına görə, funksioner COPE-yə açıqlamasında xəbərləri təkzib edib. O bildirib ki, 37 yaşlı hücumçunun Madrid təmsilçisinə keçidi, demək olar, mümkünsüzdür: "Bu hekayəni kimin uydurduğunu bilmirəm. Qətiyyən doğru deyil".
Daha əvvəl təcrübəli forvardın UEFA Çempionlar Liqasında çıxış etmək üçün "qırmızı şeytanlar"ı La Liqa klubuna dəyişməyə hazır olduğu bildirilib.
Qeyd edək ki, Kriştianu Ronaldunun "Mançester Yunayted"lə 2023-cü ilin yayınadək müqaviləsi var.