
Türkiyənin "Beşiktaş" klubu mövsümü Ankarada tamamlayacaq. Sportnet.az-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, rəhbərlik qalan 4 ev oyununu "Osmanlı Stadionu"nda keçirməyi qərara alıb.
Bu mövsüm "Olimpiya stadionu", "Başakşehir Fatih Terim stadionu", "Ankara Osmanlı stadionu" və "Konya Torku Arena"dan istifadə edən "ağ-qaralar" qalan oyunlarını paytaxtda keçirəcək. "Karabükspor", "Qaziantepspor", "Konyaspor" və "Gənclərbirliyi" ilə matçlarda "Beşiktaş" məhz yeni arenada ev sahibi qismində çıxış edəcək.
Qeyd edək ki, klub son olaraq 3 həftə öncə "Kayseri Ərciyəspor"u 5:1 hesabı ilə məğlub etdiyi oyunu Ankarada keçirmişdi.