
Qətərdə keçirilən futbol üzrə dünya çempionatında ilk qırmızı vərəqə göstərilib.
Sportnet.az-ın məlumatına görə, Uels millisinin qapıçısı Ueyn Hennessi İranla matçın 86-cı dəqiqəsində birbaşa qırmızı vərəqə alaraq meydandan qovulub.
Qeyd edək ki, qarşılaşma Uelsin 0:2 hesablı məğlubiyyəti ilə bitib.