
Mayın 31-də keçiriləcək Rusiya Futbol İttifaqı İcraiyyə Komitəsinin iclasında qurumun prezidenti Nikolay Tolstıxa qarşı etimadsızlıq məsələsi qaldırılacaq. Sportnet.az-ın məlumatına görə, bu barədə "Dinamo" klubunun Müşahidə Şurasının sədri, Rusiya Futbol İttifaqının İcrayyə Komitəsinin üzvü Sergey Stepaşin açıqlama verib.
S.Stepaşin bildirib ki, RFS üzvlərindən bəzilərinin təşəbbüsü ilə iclasın gündəliyinə bu məsələ də salınacaq.
Qeyd edək ki, daha öncə İcraiyyə Komitəsinin iclasında Rusiya yığmasının baş məşqçisi Fabio Kapello ilə müqavilənin mətbuatda dərci ilə əlaqədar Nikolay Tolstıxa qarşı işin açılma təşəbbüsünün irəli sürülə biləcəyi iddia edilib.