
İtaliyanın "Yuventus" klubunun yeni transferinin kim olduğu müəyyənləşib. Sportnet.az-ın məlumatına görə, "Qoca sinyora" Fransa PSJ-sinin hücumçusu Edinson Kavanini heyətinə cəlb edəcək.
Artıq tərəflər arasında razılaşma əldə olunub. Lakin müqavilənin şərtləri haqda ətraflı məlumat verilməyib.
Qeyd edək ki, Kavaninin PSJ ilə 3 illik müqaviləsi var.