
Ukraynanın Lvov vilayətinin çempionatında iştirak edən Vinnikinin "Rux" klubunun azərbaycanəsilli futbolçusu Aleksandr Əliyev yeni komandasının heyətində vurduğu ilk qolu şərh edib. Sportnet.az-ın məlumatına görə, vaxtilə böyük gələcək vəd edən təcrübəli yarımmüdafiəçi "Vinnitsa" üzərində əldə olunan 2:1 hesablı qələbədən sonra yerli mətbuata yayda peşəkar kluba keçmək arzusunda olduğunu bildirib.
Əliyev başlıca məqsədinin formasını bərpa etmək olduğunu dilə gətirib: "Karyeram ərzində xeyli qol vurmuşam. Ancaq bu səviyyədə ilk dəfədir ki, fərqlənirəm. Əsas məqsədim yayadək əvvəlki formamı bərpa etməkdir. Transfer pənCərəsi açılanadək tam hazır olmalıyam".