
İspaniyanın "Barselona" klubu keçmiş baş məşqçilərinə dəvət göbdərib. Sportnet.az-ın məlumatına görə, Terri Veneybls, Frank Raykard, Yohan Kroyff və Xosep Qvardiolanı Çempionlar liqasının final matçını izləməyə dəvət ediblər.
Bu barədə klubun vitse-prezidenti Xordi Kardoner mətbuata açıqlamasında bildirib: "Biz bu 4 nəfəri 6 iyunda Berlində görmək istərdik".
Qeyd edək ki, Çempionlar Liqasının finalında "Barselona" İtaliyanın "Yuventus" klubu ilə qarşılaşacaq.