
Rumıniya mətbuatı Çempionlar Liqasında 2024/2025 mövsümünün təsnifat mərhələlərində "Stayua"nın potensial rəqibləri haqqında yazı dərc edib.
Sportnet.az xəbər verir ki, "DigiSport" portalı mümkün rəqiblər arasında "Qarabağ"ı da xüsusi qeyd edib.
Rumıniyalı həmkarlarımızın yazdığına görə, Buxarest təmsilçisi üçün Çempionlar Liqasının 2-ci təsnifat mərhələsində Azərbaycan çempionu ilə qarşılaşmaq dəhşətli ssenari olardı. Ona görə də, rumınlar püşkatmada "Qarabağ"ın çıxmamasını daha uğurlu hesab edirlər.
Onlar üçün arzuolunmaz rəqiblər arasında “Ordabası” (1-ci mərhələ), “Slaviya” (Praqa) (3-cü mərhələ) və “Qalatasaray” da (pley-off mərhələsi) var.