
Nigeriyalı qapıçı Teciri Pioqbere Afrika Futbol Konfederasiyası tərəfindən cəzalandırılıb. Sportnet.az-ın məlumatına görə, buna səbəb futbolçunun Konfederasiyalar Kubokunun oyununda yan xətt hakiminin üzünə tüpürməsi olub.
	 
Hadisə may ayının 1-də "Varri Vulvz" (Nigeriya) - "MK" (Konqo) görüşündə baş verib. 
	
	
AFK cəzasına əsasən Rioqbere 12 ay müddətində Afrikada keçiriləcək heç bir futbol turnirlərindən iştirak edə bilməyəcək. 
	
	
Bununla yanaşı AFK-dan bununla bağlı FİFA-ya məlumat veriləcək ki, onun cəzası sərtləşdirilsin və futbolçu 1 il müddətində beynəlxalq səviyyədə futboldan kənarlaşdırılsın.









                 




    
    
    
    
    
    
    
    
    

























































