
17 yaşadək qadın futbolçulardan ibarət Azərbaycan milli komandası Belarusun paytaxtı Minskdə təşkil olunan UEFA İnkişaf Turnirində bu gün sonuncu oyununu keçirib.
Sportnet.az xəbər verir ki, millimiz üçüncü matçında Türkiyənin müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşıb.
ABFF Təlim-Məşq Mərkəzində baş tutan görüş Türkiyə kollektivinin 4:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Qeyd edək ki, U-17 ilk iki matçında Belarus (1:3) və Qazaxıstan (2:2, penaltilərlə 1:4) kollektivlərinə məğlub olub. Türkiyə millisi isə həm Qazaxıstan (5:0), həm də Belarus (3:1) yığması üzərində qələbə qazanıb.
----------------------------------------
17 yaşadək qadın futbolçulardan ibarət Azərbaycan millisi Belarusun paytaxtı Minskdə təşkil olunan UEFA İnkişaf Turnirində bu gün sonuncu oyununu keçirəcək.
Sportnet.az xəbər verir ki, yığma ABFF Təlim-Məşq Mərkəzində Türkiyənin müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşacaq.
Görüş Bakı vaxtı ilə saat 12:00-da start götürəcək.
Qeyd edək ki, U-17 ilk iki görüşdə Belarus (1:3) və Qazaxıstana (2:2, penaltilərlə 1:4) məğlub olub. Türkiyə millisi isə həm Qazaxıstan (5:0), həm də Belarus (3:1) yığmaları üzərində qələbə qazanıb.