
Futbol üzrə Azərbaycan I Liqasında XXVI tura yekun vurulub.
Sportnet.az xəbər verir ki, turun mərkəzi oyununda Premyer Liqaya vəsiqə qazanmağa iddialı iki komanda – “Qaradağ Lökbatan” və “Şamaxı” üz-üzə gəlib. Lökbatan Olimpiya İdman Kompleksinin stadionunda keçirilən görüş qonaqların əzmkar qələbəsi ilə başa çatıb – 3:2.
Şamaxı təmsilçisinin heyətində hər 3 qolu Emin Zamanov vurub. Meydan sahiblərindən isə Seyxan Fərəcov və Xəlil Bəşirov fərqlənib.
Bu qələbədən sonra xallarını 54-ə çatdıran bölgə klubu liderliyi ələ keçirib. Lökbatan təmsilçisi isə 2-ci pilləyə geriləyib.
Qeyd edək ki, son turda “Şamaxı” “Araz Saatlı” ilə, “Qaradağ Lökbatan” “Mingəçevir”lə qarşılaşacaq. Şamaxılılar qalib gələcəkləri halda, digər matçların nəticəsindən asılı olmayaraq, Premyer Liqaya vəsiqə qazanacaqlar.