
Qazaxıstanın "Kayrat" klubu futzal üzrə UEFA Kubokunun qalibi olub. Sportnet.az-ın məlumatına görə, finalda "Kayrat" İspaniya "Barselona"sını 3:2 hesabı ilə məğlub edib. 
Bu, "Kayrat"ın son 3 mövsümdə 2-ci titulu olub. 3-cü yer uğrunda görüşdə isə Portuqaliya "Sportinq"i Rusiya "Dina"sına qalib gəlib - 8:3. 
Qeyd edək ki, UEFA Kubokunda Azərbaycanı "Araz" təmsil edib. Naxçıvan komandası elit raundda qrupu xal toplamadan sonuncu pillədə tamamlayıb. 









                 





    
    
    
    
    
    
    
    
    






















































