1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
"Bakı 2015"in yanğında ölən könüllüsü anıldı
Dünənki dəhşətli yanğında həlak olan Ülkər və Davud Eyvazovlar üçün 283 nömrəli məktəbdə anım mərasimi keçirilib. Sportnet.az-ın "Qafqazinfo"ya istinadən məlumata görə, mərasimdə məktəb direktoru, mərhumun sinif yoldaşları və müəllimləri iştirak edib.
Müəllimə Nazəndə Quliyeva bildirib ki, Davud yaxşı şagird olub: "O, savadlı, çalışqan şagird idi. Məktəbin təşkil etdiyi tədbirlərdə də fəal iştirak edirdi. Neft üzrə mütəxəssis olmaq istəyirdi. Bacısı Ülkər də bu məktəbin şagirdi olub. Anası çox yaxşı qadın idi. Heç kim inana bilmir ki, onlar ölüb”.
Məktəb direktoru Şükufə Axundova isə qeyd edib ki, anaları Zülfiyyə xanım uşaqlara həm ata, həm də ana idi. Direktor bildirib ki, Davud çox intizamlı şagird olub: "Heç vaxt dərs buraxmırmış, amma dünən dərsə gəlmədi, elə bil o da ölümə tələsirdi..."
Qeyd edək ki, dünyasını dəyişən ailə üzvləri Azərbaycan milli komandasının sabiq futbolçusu Emin Quliyevin yaxın qohumlarıdır. Ülkər Eyvazova həm də "Bakı 2015" I Avropa Oyunlarının könüllüsüdür.