
Azərbaycanın para-üzgüçülük üzrə üçqat paralimpiya çempionu Raman Salei (S12 kateqoriyası) Sinqapurun eyniadlı paytaxtında keçirilən dünya çempionatında qızıl medal qazanıb.
Sportnet.az-ın məlumatına görə, Salei yarışın ilk günündə 100 metr məsafəyə arxası üstə üzmə üsulunda 1 dəqiqə 1.58 saniyə nəticə ilə hamını qabaqlayıb.
Dördüncü dəfə dünya çempionu olan idmançı 27 sentyabradək davam edəcək yarışda 100 metr məsafəyə sərbəst, “butterfly” (kəpənək) və 50 metr məsafəyə sərbəst üzmə üsullarında da mübarizə aparacaq.