
AFFA İntizam Komitəsi Azərbaycan Premyer Liqasında IV turun “İmişli” – “Sumqayıt” oyununda baş vermiş olaylarla bağlı qərarlarını açıqlayıb.
Sportnet.az xəbər verir ki, 67-ci dəqiqədə meydan sahiblərinin heyətində adı protokolda olmayan İbrahim Əliyev oyuna daxil olduğuna görə “İmişli”yə 0:3 hesablı texniki məğlubiyyət verilib, komanda 5 000 manat cərimələnib.
“İmişli”nin heyətində 5 nəfər sarı vərəqə aldığı üçün klub 700 manat cərimələnib.
90+4-cü dəqiqədə komandanın futbolçusu Rafael Vieqaş təcavüzkar davranışa (rəqibi ayaqla vurduğuna) görə birbaşa qırmızı vərəqə aldığı üçün 3 oyun cəzalanıb, klubu 3000 manat ziyana düşüb.
“Sumqayıt”a isə azarkeşlərinin kütləvi şəkildə hakimlərin ünvanına təhqiramiz ifadələr səsləndirmələri səbəbindən 5 000 manat cərimə kəsilib.