Serbiyanın Novi Sad şəhərində keçirilən U23 dünya çempionatında yunan-Roma güləşi üzrə yarış yekunlaşıb.
Sportnet.az xəbər verir ki, Azərbaycan millisi 2 qızıl və 1 bürünc medal qazanıb və 93 xalla komanda hesabında dünya üçüncüsü olub.
Yığma medalların əyarına görə tarixinin ən yaxşı nəticəsinə imza atıb. Azərbaycan komandası yalnız İran (143) və Ukraynadan (96) geri qalıb.
Xatırladaq ki, baş məşqçi Aleksandr Tarakanov, böyük məşqçi Rövşən Bayramov, məşqçilər Həsən Əliyevlə Kamran Məmmədovun rəhbərliyi altında dünya çempionatına qatılan heyətdə Elmir Əliyev (55 kq) və Ziya Babaşov (63 kq) dünya çempionu olub. Ruslan Nurullayev (72 kq) isə üçüncü yeri tutub.





































































