"Qarabağ"da zədəli futbolçuların durumuna aydınlıq gəlib.
Klubun mətbuat xidmətindən Sportnet.az-a verilən məlumata görə, qapıçı Şahrudin Məhəmmədəliyev bud-çanaq oynağından əməliyyat olunub.
Həkimlər onun müalicə-bərpa müddətinin 4–6 ay çəkəcəyini bildirib.
Dekabrın 18-də "Sabah"la oyunda zədələnmiş Coni Montiel arxa bud əzələsinin gərilməsi səbəbindən müalicə olunur. Onun yaşıl meydanlara qayıdışı 7–10 gün ərzində gözlənilir.
Kadi Borges isə bərpa prosesinin növbəti mərhələsi olaraq 2026-cı ilin yanvarında fərdi məşqlərə başlayacaq.
Hər üç futbolçunun müalicə prosesi klubun tibbi heyətinin nəzarəti altında davam edir.













































































