Azərbaycanda çıxış edən daha 2 idmançı cəzalandırılıb.
AMADA-ın mətbuat xidmətindən Sportnet.az-a verilən məlumata görə, bunlar atıcı Rəna Ələsgərova və qol güləşçisi Timoti Lüisdir.
Hər iki şəxsin nümunəsində qadağan edilmiş maddə və ya onun metabolit və ya markerlərinin mövcudluğu, idmançı tərəfindən qadağan edilmiş maddə və ya qadağan edilmiş üsuldan istifadə və ya istifadə cəhdi təsbit olunub.
Rəna Ələsgərovanın orqanizmində qadağan olunmuş Hormon və Metabolik Modulyatorlar/ Trizmetazidin aşkarlanıb.
Sanksiya 16 iyul 2025-ci ildən qüvvəyə minib və 16 iyul 2028-ci ildə başa çatacaq.
Timoti Lüis isə ABŞ vətəndaşıdır, onun orqanizmində qadağan olunmuş Anabolik Androgenik Steroidlər (AAS)/ 19-norandrosterone; S1. Anabolik Androgenik Steroidlər (AAS)/ trenbolon metaboliti epitrenbolon üzə çıxıb.
Sanksiya 5 dekabr 2025-ci ildə qüvvəyə minib və 5 dekabr 2028-ci ildə başa çatacaq.












































































