"Bura çox gözəl əhval-ruhiyyədə gəlmişik".
Sportnet.az-ın məlumatına görə, bunu İngiltərə "Nyukasl"ının baş məşqçisi Eddi Hau Bakıda "Qarabağ"a qarşı keçirəcəkləri UEFA Çempionlar Liqasının ilk pley-off matçından əvvəl mətbuat konfransında deyib.
O, "Çelsi" və Liverpul"la oyunların hazırlıq üçün kömək etdiyini bildirib: "Bizi çətin oyun gözləyir. hər şey bizim üçün çox vacibdir. Bu imkandan yaxşı yararlanmaq istəyirik. Tarixi şansdan yararlanmaq, son iki matçdakı nəticələrimizi burada da sərgiləmək niyyətindəyik. Bir oyunçumuz ağır zədə alıb. Hazırda əlimizdən gələni etmək istəyirik. Bu istiqamətfə analizlər aparmışıq".
Hau komandasını çətin oyunların gözlədiyini bildirib: "Qarabağ"ın aqressiv oyun tərzi var. Amma hansısa komanda ilə müqayisə edə bilmərik. Kimisə fərqləndirmək, hansı oyunçuların bizə çətinlik yaradacağını demək istəməzdim. Hazırda bu komandada izlədiyimiz futbolçu yoxdur. Bəziləri yaxşı qollar vurublar. Cinahlarda güclü oyunçularınız var. Coni Montiel və Kamilo Duranı qeyd edərdim".
O, rəqib həmkarı Qurban Qurbanov barədə də danışıb: "Açığı, onunla bağlı çox araşdlrma etmədim. Amma bir komandanın başında uzun müddət qalırsa, bu, böyük tərifə və hörmətə layiqdir. Təbii ki, oyunlarımız asan olmayacaq".
Baş məşqçi kapitan Bruno Gimanraynşın sabahkı matçda oynamayacağını təsdiqləyib.












































































