Belarusun paytaxtı Minskdə 3 qat olimpiya çempionu Aleksandr Medvedin xatirəsinə həsr olunmuş sərbəst güləş turniri keçirilib.
Sportnet.az-ın məlumatına görə, 55-ci dəfə təşkil edilən yarışda Azərbaycan milli komandasının üzvü Abubakr Abakarov (92 kq) qızıl medal qazanıb.
Bütün rəqiblərinə qalib gələn Abakarov fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. O, finalda dağıstanlı Qamzat Qasanov üzərində inamlı qələbə qazanıb – 12:5.


















































































