1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
İdmançılarımızdan növbəti uğur
Fransada təşkil olunan 7 mərhələli "Le Tour de Bretagne" yarışının aprelin 29-da keçirilən 169 km-lik 5-ci mərhələsi "Synergy Baku” üçün daha bir uğurlu nəticə ilə yadda qalıb. Sportnet.az-ın məlumatına görə, komandamızın üzvü Matey Müqerli məsafəni 4 saat, 13 dəqiqə, 4 saniyəyə başa vurub və bununla da finiş xəttini 3-cü keçib.
Xatırladaq ki, Matey Müqerli "Le Tour de Bretagne"ın 2-ci mərhələsində qalibiyyət sevinci yaşamışdı. 4-cü mərhələdə isə Yannis Tamuridis fərqlənərək 2-ci olmuşdu. 5-ci mərhələdə digər velosipedçilərimizin çıxışına gəlincə, Maksim Averin 13-cü, Dennis van Vinden isə 18-ci nəticə göstərib.
5-ci mərhələdəki uğurlu çıxışı Müqerliyə ümumi təsnifatda 5-ci pilləyə yüksəlməyə imkan verib. İndi o liderdən cəmi 24 saniyə geri qalır. Komanda hesabında isə "Synergy Baku" bir pillə irəliləyib və hazırda 22 kollektiv arasında 2-ci yerdədir.
Bu gün keçiriləcək 6-cı mərhələdə iştirakçılar 149 km məsafə qət edəcəklər. Qeyd edək ki, "Le Tour de Bretagne" yarışı "Synergy Baku" üçün mayın 6-10-da keçiriləcək "Tour d’Azerbaïdjan" veloyürüşü öncəsi son sınaq xarakteri daşıyır.