1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
"Bakı 2015"in məşəli daha iki rayonda
Bakı-2015 Alovu mayın 16-də Daşkəsən və Samux rayonlarına səyahət edib. Sportnet.az-ın məlumatına görə, məşəl estafeti əvvəlcə Daşkəsən şəhərində olub.
İlk dayanacaq Heydər Əliyev prospektində yerləşən Fərhad abidəsinin önü olub. Buradan Xəqani Abdullayevin başladığı estafet 2,04 km məsafəni əhatə edib. Vüqar Məmmədov, Səlim Abbasov, Roman Tağıyev, Vüsal Haqverdiyev, Mahir İbrahimov, Kənan Bağırov, Xəyal Qocayev və Zaur Sadıqov yol boyu məşəli bir-birinə ötürüb sonucu məşəlçiyə çatdırıblar. Məşəl Səməd Vurğun və İsmət Qayıbov küçələrindən keçməklə, yenidən Heydər Əliyev prospektindən onun adını daşıyan meydana daxil olub. Məşəlçilər sonuncu estafet iştirakçısı Zaur Həsənovun ardınca burada quraşdırılmış səhnənin ətrafına gələrək, yerli sakinləri salamlayıblar. Aparıcının dəvəti ilə sonuncu məşəlçi səhnəyə qalxaraq çırağı alovlandırıb.
Atəşgah məbədində ilk məşəlin alovlandırılması və "Bakı 2015"in rəmzinə çevrilmiş videoçarxlar yayımlanıb. Sonra məşəlçilər yenidən təqdim olunaraq, səhnəyə dəvət olunublar. Yandırılmış çırağı rayon ictimaiyyətinə 10-cu sinif şagirdi, 16 yaşlı Elməddin Əliyev təhvil verib.
Mərasim başa çatdıqdan sonra məşəl karvanı Azərbaycanın ən yeni rayonlarından olan Samuxa yollanıb. Samuxda məşəl estafetinə Heydər Əliyev parkının əsas girişində start verilib. Anar Cəlilovla başlayan estafet, ümumilikdə 3,8 km məsafəni əhatə edib, Heydər Əliyev prospekti ilə davam edərək, N.Nərimanov, E.Məmmədov, M.Ələkbərov küçələrindən də keçməklə, yenidən Heydər Əliyev prospekti ilə aparılıb. Məşəli Anar Cəlilov, Babək Nəsibov, Rasim İmamquliyev, Gülnar Mustafayeva, Yeganə Mustafayeva, Rüfət Ağayev, Qalib Bayramov, Röyal Əliyev, İsbəndiyar Quliyev, Babək İsmayılov, Vüqar Bayramov və İsmət Xəlilov daşıyıblıar. Heydər Əliyev parkında quraşdırılmış səhnə qarşısında məşəlçilər alqışlanıblar və sonuncu məşəlçi Elnur Salamov səhnəyə qalxaraq rayona hədiyyə edilən "Bakı 2015" çırağını alovlandırıb. Çırağı rayon sakinlərinə Gəncə Dövlət Universitetinin 1-ci kurs tələbəsi Aytac Məmmədova təqdim edib.
Növbəti məşəl estafeti mayın 18-də Qazax və Ağstafa rayonlarında keçiriləcək.