1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
"Bakı 2015" məşəli daha 2 rayonda alovlandı
"Bakı 2015" I Avropa Oyunlarının məşəli ötən gün əvvəlcə Qazaxdan, sonra Ağstafadan keçib. Sportnet.az-ın məlumatına görə, Qazax şəhərinin Heydər Əliyev prospektində başlayan məşəl estafetinin ilk fotoçəkiliş dayanacağı Ziyalılar parkı və onun ən əzəmətli abidəsi - Səməd Vurğunun heykəli olub.
Vüsal İsmayılovun başladığı və 2,93 km məsafəni əhatə edən estafet Azadlıq, Bakı küçələrindən keçməklə Heydər Əliyev parkına gətirilib. Bu yürüşdə Elvin Əmiraslanov, Asya Alhüseynova, Səidə Məmmədova, Emin Mustafayev, Arif Mustafayev, Vüsal İsmayılov, Rəşad Əhmədov, Gündüz Abışov və Vüqar Nəbiyev iştirak ediblər. Sonuncu məşəlçi Tərxan Əhmədov digər məşəlçilərin iştirakı ilə parkda quraşdırılmış tribunaya yaxınlaşıb və yerli sakinləri salamlayıb. Aparıcı, sonuncu məşəlçini səhnəyə dəvət edib və buradakı çırağın alovlandırılması ilə səyahətin daha bir məkanı tarixə düşüb.
Atəşgah məbədində ilk məşəlin alovlandırılması və "Bakı 2015" hazırlıqlarından bəhs edən videoçarxlar nümayiş etdirildikdən sonra aparıcı məşəlçiləri təqdim edərək, onları səhnəyə dəvət edib. Ardınca çırağın rayona təqdim olunması mərasimi keçirilib. Onu qol güləşi üzrə gənclər arasında 4 dəfə dünya və 6-qat Avropa çempionu Qismət Vəkilov rayon ictimaiyyətinə nümayiş etdirib.
Mərasim başa çatdıqdan sonra karvan Ağstafaya üz tutub. Məşəlin bölgəyə səfəri daha bir tarixin təməlini qoyub. 3,13 km-lik estafet Heydər Əliyev prospektində milli musiqinin sədaları altında ilk məşəlçi Namiq Həsənovun yürüşü ilə start götürüb. Ağamalıoğlu küçəsindən sonra Heydər Əliyev prospektinə qayıdan estafet iştirakçıları Hüseyn Arif küçəsinə keçməklə Heydər Əliyev parkının tağı olan əraziyə gəliblər. Burada Azərbaycanın əsas görməli yerlərinin modeli üzərində qurulmuş "Azərbaycan” mini-parkında xatirə şəkilləri çəkdirilib.
Mərasim Heydər Əliyev parkında quraşdırılmış səhnədə tamalanıb. Bu yolu Oruc Orucov, Orxan Rəhimov, Anar Orucov, Nuriyyə İsmayılova, Nadir Cəfərov, Feyruz Həsənov, Tural Qasımov, Elmira Əhmədova, Tunar İmanquliyev qət ediblər. Digər həmkarlarının iştirakı ilə məşəllə səhnə ətrafına qədər olan yolu qol güləşi üzrə məşqçi-müəllim Nemət İbrahimli qaçıb.
Rayon əhalisini salamladıqdan sonra aparıcının dəvəti ilə sonuncu məşəlçi Nemət İbrahimli Ağstafada da Avropa Oyunlarının izi olacaq çırağı yandırıb. Alovun əldə edilməsi və "Bakı 2015"in təbliğat videoçarxları səhnədə qurulmuş iri ekranda göstərilib. Sonra estafet iştirakçıları yerli sakinlərin sürəkli alqışları ilə yenidən səhnəyə dəvət ediliblər. "Bakı 2015"in məşəlindən götürülmüş alovla yandırılmış çırağı isə rayona karate üzre respublika çempionu Orxan Kazımlı təhvil verib. Çıraq Avropa Oyunlarının sonuna qədər Heydər Əliyev Mərkəzində alovlanacaq və yalnız "Bakı 2015" başa çatdıqdan sonra söndürüləcək.
Aparıcı I Avropa Oyunları haqqında ətraflı məlumat verdikdən sonra tədbir yüksələn şüarların sədaları altında tamamlanıb. Səmaya alov şarları buraxılıb.
Bu gün məşəl estafetinin növbəti ünvanları Tovuz və Gədəbəy olacaq.