
İtaliyanın Yuventus" klubunun futbolçusu Karlos Teves nəqliyyat vasitələri idarə etmə hüququndan məhrum edilib. Sportnet.az-ın məlumatına görə, buna argentinalı hücumçunun sürət həddini artırması səbəb olub.
O, Fransa ilə İtaliyanı birləşdirən Monblan tunelində qaydanı pozub. Həmin ərazidə 24 mart 1999-cu ildə baş vermiş yanğından sonra sərt təhlükəsizlik qaydaları hökm sürür.
Qeyd edək ki, Karlos Teves 2003-cü ildə də eyni səbəbdən cərimələnib. Lakin o, həmin vaxt cəriməyə məhəl qoymadığından, məsuliyyətə cəlb olunub.









































































