Beynəlxalq Cüdo Federasiyası Tacikistanın paytaxtı Düşənbədə gənclər arasında keçirilmiş mundialdan sonra dünya reytinq cədvəlini yeniləyib.
Sportnet.az qurumun rəsmi saytına istinadən xəbər verir ki, Azərbaycan cüdoçularının mövqeyində də dəyişiklik olub.
+100 kq-da çıxış edən Kənan Nəsibov öz çəki dərəcəsi üzrə ilk sıraya yüksəlib. Onun aktivində 800 xal var.
Nizami İmranov (60 kq) 3-cü, Vüsal Qələndərzadə (73 kq) 2-ci pilləyə geriləyibsə, Süleyman Şükürov (81 kq) 2-ci, Əjdər Bağırov (100 kq) isə 8-ci yerə qalxıb.
Qeyd edək ki, Azərbaycanın fərdi yarışlarda 13 cüdoçu ilə təmsil olunduğu dünya çempionatında K.Nəsibov gümüş, S.Şükürov və Ə.Bağırov bürünc medal qazanıb.