
“Zirə” yeni futbolçu ilə anlaşıb.
Sportnet.az klubun rəsmi səhifəsinə istinadən xəbər verir ki, “qartallar” Yeqor Boqomolski ilə iki illik müqavilə bağlayıb.
25 yaşlı belaruslu hücumçu son olaraq “Neftçi”nin şərəfini qoruyub.
Qeyd edək ki, Yeqor Boqomolski karyerası ərzində ölkəsinin “Dinamo” (Minsk), “Dinamo”(Brest), “Rux”, və “Minsk” klublarında da çıxış edib.