
İspaniyanın "Barselona" klubu mövsümü "qızıl dubl"la başa vurub. Sportnet.az-ın məlumatına görə, Kataloniya təmsilçisi çempionluğun ardından ölkə kubokuna da sahib çıxıb.
"Barsa" Madriddəki "Visente Kalderon" stadionunda keçirilmiş final matçında "Sevilya"ya qalib gəlib - 2:0. Oyunun əsas vaxtı qolsuz tamamlanıb. Amma komandalar hərəyə bir itki veriblər. 36-cı dəqiqədə Xavyer Maskerano, 90-cı dəqiqədə Ever Baneqa meydandan qovulub.
Əlavə vaxtda isə "Barsa" 2 qol vurub. 97-ci dəqiqədə Xordi Alba, 120+2-ci dəqiqədə Neymar fərqlənib. "Sevilya"dan sona doğru Karriso da qırmızı vərəqə alıb.
Beləliklə, "Barselona" İspaniya Kubokunu 28-ci dəfə qazanaraq, rekorda imza atıb.