Azərbaycan milli komandasının futbolçusu Ufuk Budak karyerasını yenidən Türkiyə Super Liqasında davam etdirəcək. Sportnet.az-ın məlumatına görə, Türkiyə mətbuatı "Kayserispor"un Erkam Reşmenin ardından "İstanbul Böyükşəhir Bələdiyyəspor"un 20 yaşlı sol cinah müdafiəçisi ilə anlaşdığını yazıb.
Baş məşçqi Hakan Kutlu keçmiş futbolçusu olan Budakın rəhbərliyə raport verikdən sonra transfer həyata keçirilib. Hər 2 futbolçu yaıxn günlərdə "Kayserspor"un düşərgəsinə gələrək rəsmi müqaviləyə imza atacaqlar. Ufuk hazırda milli komandamızın heyətində Avstriyada təlim-məşq toplanışındadır.
Xatırladaq ki, Budak 2012-ci ildə "Əskişəhərspor"a transfer olunaraq 3 illik müqavilə imzalayıb və həmin vaxt Super Liqada iştirak edib. Ancaq orada möhkəmlənə bilməyən futbolçu birinci liqa klubuna keçmək məcburiyyətində qalıb. Budakın millimizdə komanda yoldaşı olan kapitan Rəşad Sadıqov 2005-2006-cı illərdə "Kayserispor"un heyətində Super Liqada oynayıb.