Kanada milli komandasının Avstriyada Azərbaycan və Özbəkistan yığmaları ilə keçirəcəyi yoldaşlıq görüşləri üçün heyəti açıqlanıb. Sportnet.az-ın Kanada Futbol Assosiasiyasının rəsmi saytına istinadən məlumatına görə, baş məşqçisi Benito Floro qarşıdakı oyunlara 24 futbolçu çağırıb.
Onlardan cəmi 4-ü yerli klubları təmsil edir, 1-i isə klubsuzdur.
Heyətdə aparıcı futbolçulardan yalnız Atiba Hançinson yer almayıb. "Beşiktaş"ın heyətində Türkiyə çempionu olan 33 yaşlı yarımmüdafiəçi hazırda zədədən sonra bərpa dövrü keçir. Əvəzində gənc yarımmüdafiəçi Maykl Petrassoya dəvət göndərilib.
Qapıçılar: Saymon Tomas ("Bodö-Qlimt", Norveç), Milan Borjan ("Ludoqorets", Bolqarıstan), Kenni Stamatopulos (AİK, İsveç);
Müdafiəçilər: Manjrekar Ceyms ("Dyoşdyor", Macarıstan), Deyan Yakoviç ("Şimidzu", Yaponiya), Devid Edqar ("Birmingem", İngiltərə), Doneyl Henri ("Vest Hem", İngiltərə), Adam Streyt ("Fredrikstad", Norveç), Marsel de Yonq ("Ottava Fyuri"), Stiven Vitoriya ("Benfika", Portuqaliya), Karl Uimette ("Nyu-York Red Bulls", ABŞ);
Yarımmüdafiəçilər: Juilan de Quzman ("Ottava Fyuri"), İen Hume ("Ponferradina", İspaniya), Uill Conson ("Toronto"), Devid Junior Hoylet, Maykl Petrasso (hər ikisi KPR, İngiltərə), Toseynt Rikkets (klubsuz), Samuel Pyette ("Deportivo", İspaniya), Skot Enfild ("Bernli", İngiltərə), Teşo Akindele ("Dallas", ABŞ);
Hücumçular: Nik Lejervud ("Edmonton"), Markus Haber ("Kryu Aleksandra", İngiltərə), Kayl Larin ("Orlando Siti", ABŞ), Simeon Cekson ("Blekbern Rovers", İngiltərə).
Qeyd edək ki, Azərbaycan - Kanada matçı iyunun 3-də Avstriyada keçiriləcək. Lafnits şəhərindəki "Rorbax" stadionunda baş tutacaq qarşılaşmanın startı Bakı vaxtı ilə saat 21:00-da veriləcək.