
Türkiyənin Antalya bölgəsində təlim-məşq toplanışında olan "Qarabağ" komandası bu gün son matçını keçirib.
Sportnet.az xəbər verir ki, Ağdam təmsilçisi Ukraynanın "Şaxtyor" (Donetsk) komandası ilə üz-üzə gəlib. Belek qəsəbəsindəki "Gloria Sports Arena"da təşkil olunmuş qarşılaşma "Şaxtyor"un 3:1 hesablı qələbəsi ilə yekunlaşıb. İlk yarıda Donetsk təmsilçisi 1 dəqiqə ərzində 2 qol vurub. Junior Moraes 26-cı, Marlos 27-ci dəqiqədə fərqlənib. Fasilədən sonra isə tərəflər hərəyə 1 dəfə fərqləniblər. 64-cü dəqiqədə Abdullah Zubir fərqi azaltsa da, 76-cı dəqiqədə Mixail Mudrik ukraynalıların üçüncü qoluna imza atıb. 80-ci dəqiqədə "Qarabağ" yenidən fərqi minimuma endirmək imkanı qazanıb. Lakin Riçard Almeyda penalti zərbəsindən sonra topu qapı tirinə vurub.
Qeyd edək ki, daha əvvəl Macarıstan "Uypeşt"inə 0:1 hesabı ilə uduzan "Qarabağ" Çexiya "Bohemians"ını məğlub edib - 3:1 və Polşa "Pyast"ı ilə heç-heçə edib - 1:1. Komandanın Rumıniya "Botoşani"si ilə görüşü isə əlverişsiz hava şəraiti ilə əlaqədar baş tutmayıb.
Yoxlama oyunu
12:00. "Qarabağ" - "Şaxtyor" (Donetsk, Ukrayna) - 1:3
Qollar: Abdullah Zubir, 64 - Junior Moraes, 26. Marlos, 27. Mixail Mudrik, 76
Dəqiq yerinə yetirilməyən penalti: Riçard Almeyda, 80 ("Qarabağ")
"Qarabağ": 12. Şahrudin Məhəmmədəliyev, 2. Qara Qarayev, 5. Maksim Medvedev, 9. Araz Abdullayev, 10. Dani Kintana, 11. Mahir Mədətov, 14. Rəşad Sadıqov, 19. Filip Ozobiç, 20. Riçard Almeyda, 55. Bədavi Hüseynov, 77. Donald Gerrye
"Şaxtyor": 30. Andrey Pyatov, 4. Sergey Krivtsov, 6. Taras Stepanenko, 7. Tayson, 10. Junior Moraes, 11. Marlos, 22. Nikolay Matviyenko, 27. Maykon, 31. İsmaili, 50. Sergey Bolbat, 74. Viktor Kovalenko.