
Azərbaycan millisinin futbolçusu Riçard Almeyda Qazaxıstanın "Astana" klubundan birdəfəlik ayrılmaq istəyir.
Sportnet.az xəbər verir ki, bu barədə hazırda icarə əsasında "Qarabağ"da çıxış edən 30 yaşlı yarımmüdafiəçinin özü bildirib. Ağdam təmsilçisinin Premyer Liqanın XXVII turunda evdə "Səbail"i 4:0 hesabı ilə məğlub edərək ardıcıl 6-cı dəfə ölkə çempionu olduğu oyundan sonra jurnalistlərinin suallarını cavablandıran braziliyalı oyunçu ailəsinin Bakıda xoşbəxt olduğunu söyləyib: "Qarabağ"la dekabra qədər icarə müqaviləm var. Ancaq "Astana" ilə məsələni həll edib, burada qalmaq istəyirəm".
Qeyd edək ki, Almeyda ötən mövsümün sonunda "Astana"ya keçsə də, bu il qış fasiləsində icarə əsasında "Qarabağa" dönüb. Onun Qazaxıstan klubu ilə 2020-ci ilin iyuluna qədər müqaviləsi var.