Azərbaycan millisinin və Qazaxıstanın "Tobol" komandasının qapıçısı Emil Balayev zədələnib.
Sportnet.az xəbər verir ki, 25 yaşlı qolkiper ölkə kubokunun 1/4 final mərhələsində "Kayrat"la görüşdə xəsarət alıb. O, 40-cı dəqiqədə komandası 2:0 hesabı ilə öndə olarkən əvəzlənib.
Qeyd edək ki, "Tobol" görüşdə 5:1 hesabı ilə qələbə qazanaraq yarımfinala yüksəlib.