UEFA prezidenti Aleksander Çeferin Bakıda keçiriləcək Avropa Liqasının final matçına vəsiqə qazanan İngiltərənin "Arsenal" və "Çelsi" komandalarını təbrik edib.
Sportnet.az-ın məlumatına görə, bu barədə sloveniyalı funksionerin qurumun rəsmi saytında yer alan açıqlamasında bildirilir. Çeferin həlledici qarşılaşmada Londonun iki komandasının üz-üzə gəlməsini xüsusi hadisə adlandırıb: "Bu görüş təkcə onların azarkeşləri üçün deyil, təşkilatçı Azərbaycan adına da xüsusi hadisənin olacağını vəd edir".
Qeyd edək ki, Avropa Liqasının finalı mayın 29-da Bakı Olimpiya Stadion