Fransa Futbol Federasiyas PSJ komandasının hücumçusu Neymarı 3 oyunluq cəzalandırıb.
Sportnet.az-ın məlumatına görə, buna səbəb 27 yaşlı forvardın ölkə kubokunun finalında "Renn" komandası ilə matçda azarkeşi vurmasıdır.
Qeyd edək ki, "Renn" - PSJ matçının əsas və əlavə vaxtı 2:2 hesabı ilə yekunlaşıb. Penalti zərbələrində isə "Renn" 6:5 hesabı ilə qələbə qazanıb. Neymar daha öncə Çempionlar Liqasının 1/8 finalında evdə İngiltərə "Mançester Yunayted"i ilə görüşdən (1:3) sonra hakimi təhqir etdiyi üçün UEFA tərəfindən də 3 oyunluq cəzaya məruz qalıb.
Neymar met une pêche à un rennais pic.twitter.com/uXgU3R2l5Y
— Claude vaillant (@vaillant92100) April 27, 2019