
UEFA İngiltərənin "Arsenal" klubunun Henrix Mxitaryanın Bakıdakı Avropa Liqasının final matçında oynaması üçün təhlükəsizlik tələblərinə yaxın 24 saat ərzində cavab verəcək.
Sportnet.az-ın "Evening Standard"a istinadən məlumatına görə, "topçular" erməni yarımmüdafiəçinin təhlükəsizlik təminatı üçün əlavə tələblər irəli sürüb. Hazırda klubla UEFA arasında danışıqların davam etdiyi bildirilir. Bir neçə gündür Bakıda olan "Arsenal" nümayəndələri Bakı Olimpiya stadionunda təşkil olunacaq final matçı üçün logistika məsələlərini müzakirə edirlər. Danışıqlar müsbət nəticələnsə, Mxitaryana viza alınması üçün əlavə xüsusi veriləcək.
Qeyd edək ki, mayın 29-da keçiriləcək final matçında "Arsenal" "Çelsi" ilə üz-üzə gələcək. Oyun saat 23:00-da başlanacaq.