İngiltərənin "Arsenal" komandası Bakıda keçiriləcək Avropa Liqasının final oyunundan əvvəl yoldaşlıq matçında qüvvəsini sınayacaq.
Sportnet.az "Goal.com"a istinadən xəbər verir ki, London təmsilçisi Avstriyanın LASK kollektivi ilə üz-üzə gələcək. Görüş mayın 23-də təşkil olunacaq.
Bundesliqanı ikinci pillədə bitirəcəyi dəqiqləşən komanda "Arsenal"ın dəvəti ilə İngiltərəyə yollanacaq.
Qeyd edək ki, Bakıdakı finalın digər iştirakçısı "Çelsi" yoldaşlıq görüşündə ABŞ-ın "New England Revolution" kollektivini 3:0 hesabı ilə məğlub edib. Həmin qarşılaşmada komandanın yarımmüdafiəçisi Ruben Loftus-Çik zədələnib və onun Avropa Liqasının finalında iştirak etməyəcəyi dəqiqləşib.
Final matçı mayın 29-da Bakı Olimpiya Stadionunda olacaq.