"Qarabağ"ın futbolçusu Mahir Emreli transferi ilə bağlı açıqlama verib. Sportnet.az xəbər verir ki, 22 yaşlı hücumçu Premyer Liqanın III turunda "Səbail"i məğlub etdikləri (4:0) görüşdən sonra komandada qalacağını söyləyib. O, ən azı qışa kimi Ağdam təmsilçisinin formasını geyinəcəyini deyib: "Baş məşqçi Qurban Qurbanov və digər məşqçilərlə məsləhətləşirəm. Mənim daha yaxşı yerlərə getməyimi onlar məndən daha yaxşı istəyirlər. Getmək xatirinə komandadan ayrılmaq istəmirəm. Düşünürəm ki, transferim məni böyüdüb, yetişdirən insanların da ürəyincə olsun. Onlar nə qərar verirlərsə, hörmətlə yanaşıram. Nə məsləhət görürlərsə, onu edəcəm. Klubla müqaviləm var. Ən azı qışa kimi kollektivdəyəm". Qeyd edək ki, Mahir Emreli ilə İspaniyanın "Malaqa", "Estremadura" klubları yaxından maraqlanır.
1 | Qarabağ | 20 | 50 |
2 | Araz-Naxçıvan | 20 | 42 |
3 | Zirə | 20 | 36 |
4 | Turan Tovuz | 20 | 35 |
5 | Sabah | 20 | 28 |
6 | Sumqayıt | 20 | 21 |
7 | Neftçi | 20 | 18 |
8 | Şamaxı | 20 | 17 |
9 | Səbail | 20 | 15 |
10 | Kəpəz | 20 | 14 |
Ətraflı |