"Sabah" klubunun daxilində qəribə hadisələr yaşanır.
Sportnet.az xəbər verir ki, bu mövsüm iddialı olacağı gözlənilən paytaxt klubu Premyer Liqanın III turunda da qələbəsiz qalıb. "Zirə" ilə 1:1 hesablı heç-heçə ilə yekunlaşan oyunda da xal itirən komandaya əvvəlcə 3 günlük istirahət verilib. Lakin gecə saatlarında bildirilib ki, hazırlaşın, təcili iclas olacaq.
İclas ötən gün saat 13:00-da olub. Klub prezidenti Maqsud Adıgözəlov iclasda bu ifadələri səsləndirib: "Ayrı-ayrılıqda sizin hər birinizə hörmət edirəm. Komanda şəklində isə sizə nifrət edirəm. Bundan sonra nə oyunlarınıza, nə də məşqlərinizdə iştirak etməyəcəm. Mən getdim".
Bu sözlərin hansı mənanı verdiyi barədə fikir bildirmək istəmirik (sportlife.az). Zamanla hər şey bəlli olacaq. Ancaq görünən odur ki, komandanın 3 oyuna 2 xal toplaması klubun təsisçilərinin heç də ürəyincə deyil.
Bəlkə də bu sözlərlə Adıgözəlov istefaya göndərildiyinə işarə etmək istəyib. Belə olarsa, yəqin ki, bütün idarə heyəti və məşqçilər korpusu da istefaya göndəriləcək.