Ramil Şeydayev: "Son dəqiqələrdə buraxdığımız qol məni çox məyus etdi"
"Uduzmuşuq, nə deyə bilərəm? Bacardığımız qədər oynadıq. Məğlubiyyətə layiq idik, ya yox, bunu deyə bilmərəm".
Sportnet.az-ın məlumata görə, bunları Azərbaycan millisinin hücumçusu Ramil Şeydayev səfərdə Uels yığmasına 1:2 hesabı ilə uduzduqları AVRO-2020-nin seçmə oyununda sonra deyib. 23 yaşlı hücumçu digər sualları da cavablandırıb...
- Bərabərlik qolu sizin ötürmənizdən sonra vuruldu. Mahir Emrelini görürdünüz, yoxsa ötürməni səsə etdiniz?
- Görürdüm. Yaxşı açıldı, mən də verməli olduğum ötürməni etdim.
- Necə düşünürsünüz: Bu, cari tsikldə millinin ən yaxşı oyunu idi?
- Xeyr. Fikrimcə, Xorvatiyaya qarşı bundan bir qədər yaxşı oynamışdıq.
- Uels sizi nə iləsə təəccübləndirdi?
- Deməzdim ki, təəccübləndirdilər. Onlar hücum edir, biz isə bütün komanda ilə müdafiə olunurduq. Çox da hücum etmədik.
- Çox dilxorsunuz. Səbəb istədiyiniz səviyyədə oynaya bilməməyinizdir, yoxsa son dəqiqələrdə buraxılan qol?
- Bu gün də əlimdən gələni etdim. Son dəqiqələrdə buraxdığımız qol məni çox məyus etdi.
- Son dəqiqədə cərimə meydançasında yıxılaraq penalti ala bilərdiniz...
- Rəqib mənə toxunmamışdı.
- Xorvatiya ilə 9 sentyabr matçınadək istər fiziki, istərsə də psixoloji baxımdan bərpa ola biləcəksiniz?
- Əlbəttə! Bu, ilk belə hal deyil. Fikrimcə, rotasiyalar üçün də yetərincə imkanlarımız var. Məncə, tam bərpa olacağıq.