"Sabah" klubunun sabiq futbolçusu Vitali Kvaşuk hazırda "Qomel"in heyətində Belarus çempionatının bombardiridir.
Sportnet.az-ın məlumatına görə, 26 yaşlı yarımmüdafiəçi komandasının 20 oyununda 12 dəfə fərqlənib. Üstəlik, o, 5 məhsuldar ötürmə müəllifi olub. Beləliklə, ukraynalı legioner təkcə qol sayında deyil, həm də "qol+ötürmə" göstəricisində də ilk pillədə qərarlaşıb. Kvaşuk ən yaxın izləyicisi Pavel Nexayçiki ("Dinamo-Brest") 1 top geridə qoyur.
Hazırda 15 xala malik "Qomel" 16 komanda arasında 13-cü yerdə gedir. 31 top vuran komanda qapısından 38 top buraxıb.
Qeyd edək ki, Vitali Kvaşuk "Sabah"da 2018/2019 mövsümünün ilk yarısında çıxış edib. O, müqaviləsinin sonunadək 2,5 il qaldığı halda, baş məşqçi Elşad Əhmədovun istəyilə komandadan göndərilib.