21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi AVRO-2021-in seçmə mərhələsində növbəti oyununu keçirib.
Sportnet.az-ın məlumatına görə, Milan Obradoviçin baş məşqçisi olduğu komanda Gürcüstan kollektivi ilə üz-üzə gəlib. "Dalğa Arena"da keçirilən qarşılaşma rəqibin qələbəsi ilə yekunlaşıb - 3:0.
45+2-ci dəqiqədə Vato Arveladze hesabı açıb. Azərbaycan yığmasının heyətində Hacıağa Hacılı 49-cu dəqiqədə ikinci sarı vərəqəni alaraq meydandan qovulub. 73-cü dəqiqədə İrakli Bugridze fərqlənib. 84-cü dəqiqədə Giorgi Arabidze fərqi daha da artırıb.
Qeyd edək ki, Azərbaycan millisi qrupdakı ilk matçında Lixtenşteynə (0:1) uduzub, ikinci qarşılaşmada Slovakiyanı məğlub edib - 2:1
-----------------------
Bu gün 21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi AVRO-2021-in seçmə mərhələsində növbəti oyununu keçirəcək.
Sportnet.az-ın məlumatına görə, Milan Obradoviçin rəhbərlik etdiyi kollektiv Gürcüstanla üz-üzə gələcək. "Dalğa Arena"da keçiriləcək qarşılaşmanı Lüksemburqdan olan Laurent Koprivanın rəhbərlik etdiyi hakimlər briqadası idarə edəcək.
Azərbaycan yığması qrupdakı ilk matçında Lixtenşteynə (0:1) uduzub, ikinci qarşılaşmasında isə Slovakiyanı məğlub edib - 2:1. Gürcüstan isə seçmə mərhələdə bir oyun keçirib və həmin qarşılaşmada Lixtenşteyni 4 cavabsız qolla üstələyib.
AVRO-2021 seçmə mərhələ
20:30. Azərbaycan U-21 - Gürcüstan U-21 - 0:3
Qol: Vato Arveladze, 45+2. İrakli Bugridze, 72. Giorgi Arabidze, 84
Qırmızı vərəqə: Hacıağa Hacılı, 49
Baş hakim: Laurent Kopriva
Baş hakimin köməkçiləri: Klod Ris, David Mateus Santos
Dördüncü hakim: Aleks Kryureq (Hakimlər briqadası Lüksemburqdandır)
"Dalğa Arena"