Futbol üzrə Azərbaycan Premyer Liqasında IV turun daha bir oyunu keçirilib.
Sportnet.az xəbər verir ki, həftənin ikinci matçında "Sabah" "Qəbələ"ni qəbul edib. Masazırdakı "Bank Respublika Arena"da baş tutan görüş qonaqların qələbəsi ilə başa çatıb - 1:0.
Elmar Baxşiyevin "qırmızı qaralar"ın baş məşqçisi kimi rəsmi debüt etdiyi qarşılaşmanın taleyini Roman Hüseynovun 47-ci əqiqədə vurduğu qol həll edib.
Beləliklə, ardıcıl 3 məğlubiyyətdən sonra qələbə qazanan "Qəbələ" 7-ci pilləyə yüksəlib. Hesabında 2 xalı olan "Sabah" isə sonuncu yerə düşüb.
Qeyd edək ki, həftənin ilk oyununda "Zirə" "Sumqayıt"ı səfərdə 2:1 hesabı ilə məğlub edib. Tura sabah keçiriləcək "Keşlə" - "Səbail" və "Qarabağ" - "Neftçi" matçları ilə yekun vurulacaq.
---------
Azərbaycan Premyer Liqasında IV tura start verilib.
Sportnet.az-ın məlumatına görə, açılış matçında "Sumqayıt" və "Zirə" komandaları üz-üzə gəlib.
"Kapital Bank Arena"da təşkil olunmuş qarşılaşmada meydan sahibləri uduzub - 1:2. Hesabı 5-ci dəqiqədə qonaq komandadan Xulio Sezar Rodriges açıb. 16-cı dəqiqədə isə "Zirə"nin daha bir futbolçusu Tellur Mütəllimov topu öz qapısına göndərib. Oyunda son nöqtəni isə 88-ci dəqiqədə Şefik Tiqruca qoyub.
Bu nəticədən sonra xallarını 8-ə çatdıran "Zirə" 2-ci pilləyə yüksəlib. “Sumqayıt” isə 3 xalla 6-cı pillədə qalıb.
———————
Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında IV tura start veriləcək.
Sportnet.az xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma baş tutacaq. Turun açılış matçı Sumqayıtda olacaq. Şəhərin eyniadlı komandası "Zirə"ni qəbul edəcək. "Gənclik şəhəri" təmsilçisi 3 xalla 6-cı, qəsəbə klubu isə 4 xalla 4-5-ci yerləri bölüşdürür. Komandalar Premyer Liqada indiyədək 16 dəfə üz-üzə gəliblər. Bunların 4-də meydan sahibləri, 9-da isə "Zirə" 3 xal qazanıb. 3 oyunda qalib müəyyənləşməyib. Topların nisbətində də paytaxt təmsilçisinin aşkar üstünlüyü var - 21:12. “Sumqayıt” çempionatda rəqibinə son iki matçda qol vura bilməyib, “Zirə” isə ardıcıl üç qələbə qazanıb.
Günün digər görüşündə "Qəbələ" "Sabah"ın qonağı olacaq. Əyalət təmsilçisi 3 turdan sonra sıfır xalla sonuncu, "Sabah" isə 2 xalla yeddinci yerdədir. Komandalar çempionatda yalnız ötən mövsüm üz-üzə gəliblər. 2 matçda "Qəbələ", 1 görüşdə isə paytaxt klubu qələbə qazana bilib, 1 qarşılaşma isə heç-heçə yekunlaşıb.
Qeyd edək ki, IV turda keçiriləcək "Keşlə" - "Səbail" və "Qarabağ" - "Neftçi" matçları sentyabrın 15-də olacaq.
Azərbaycan Premyer Liqası, IV tur
14 sentyabr (şənbə)
18:00. “Sumqayıt” – “Zirə” - 1:2
Qollar: Tellur Mütəllimov, 16 (öz qapısına) - Xulio Sezar Rodriges, 5. Şafik Tiqruca, 88
Hakimlər: Kamal Umudlu, Rahil Ramazanov, Cavanşir Yusifov, Fərid Hacıyev
Hakim-inspektor: Anar Salmanov
AFFA nümayəndəsi: Şaiq Həmidov
“Kapital Bank Arena”
20:00. “Sabah” – “Qəbələ” - 0:1
Qol: Roman Hüseynov, 47
Hakimlər: Vüqar Həsənli, Pərvin Talıbov, Vüqar Bayramov, Etibar Həsənov
Hakim-inspektor: Asim Xudiyev
AFFA nümayəndəsi: Eldəniz Musayev
“Bank Respublika Arena”.