"Keşlə"nin sabiq baş məşqçisi Yuri Maksimov Azərbaycanın iki klubuna təklif olunub.
Bu barədə Sportnet.az-a ukraynalı mütəxəssisin özü məlumat verib. O bildirib ki, həmin komandalar "Qəbələ" və "Sabah"dır. Maksimov hələlik müxtəlif söz-söhbətlərin olduğunu, amma heç bir real təklif almadığını əlavə edib: "Məni Ukraynanın I Liqa klublarına da dəvət ediblər. Elə indi də çağırırlar. Amma hələlik gözləyirəm".
Qeyd edək ki, Yuri Maksimov "Keşlə"də 2017/2018 mövsümündə çalışıb. O, komandaya finalda məhz "Qəbələ" üzərində 1:0 hesablı qələbə sayəsində Azərbaycan Kubokunu qazandırıb.