Azərbaycan millisinin AVRO-2020-nin seçmə mərhələsi çərçivəsində səfərdə Macarıstan yığmasına qarşı keçirəcəyi oyunun hakimləri açıqlanıb.
Sportnet.az xəbər verir ki, oktyabrın 13-də baş tutacaq görüşü hollandiyalı hakimlər briqadası idarə edəcək. Matçın referisi Dennis Higler olacaq. Ona Johan Balder və Joost van Zuilen kömək edəcək.
Dördüncü hakim funksiyasını isə Bas Nijhuis yerinə yetirəcək.