Sportnet.az-ın məlumatına görə, Milan Obradoviçin baş məşqçi olduğu komanda Lixtenşteyni qəbul edib.
Sumqayıtdakı “Kapital Bank Arena”da keçirilən qarşılaşma Azərbaycan komandasının 1:0 hesablı qələbəsi ilə bitib. Görüşdəki yeganə qolu 65-ci dəqiqədə Barış Ekincier vurub.
Bu nəticədən sonra Azərbaycan millisi 6-cı xalını qazanıb, rəqibin isə 3 xalı var.
Hakimlər: Lukas Sotiriyu, Xaralambos Xaralambus, Yannis Lazaru, Kiriakos Xristodulu
Sumqayıt, “Kapital Bank Arena”.