"Qış fasiləsində müəyyən transferlər etdik. Bu gün 5 yeni futbolçumuz meydanda idi. Oyunumuzun daha da yaxşılaşması üçün vaxt lazımdır. Nəticə bizi qane etdi. Əsas odur ki, 3 xal qazandıq".
Sportnet.az-ın məlumatına görə, bunu "Sabah" komandasının baş məşqçisi Zaur Həşimov evdə "Sabah"a 2:0 hesabı ilə qalib gəldikləri Azərbaycan Premyer Liqasının XV tur matçından sonra mətbuat konfransında deyib. Gənc mütəxəssis Avropa kubokları barədə düşünmədiklərini bildirib: "Qarşımıza belə məqsəd qoymuşuq ki, hər matça maksimum güclə yanaşaq. Buna oyundan-oyuna yanaşırıq".
Həşimov Şafik Tiqrucanın heyətdə yer almamasının səbəbini də açıqlayıb: "Onun olmaması rəqabətlə bağlı deyildi. Rəqibin orta xəttindəki oyununa görə belə qərar qəbul etmişdik ki, müdafiəyəmeylli futbolçularımız daha çox olsun".