"Güclü rəqiblə səfər heç-heçəsini pis nəticə hesab etməmək olar. Bununla belə, meydana qələbə qazanmaq üçün çıxmışdıq. Təəssüf ki, alınmadı".
Sportnet.az-ın məlumatına görə, bunu "Neftçi”nin futbolçusu Anton Krivotsyuk səfərdə "Qarabağ”la 0:0 hesablı heç-heçə etdikləri Azərbaycan Premyer Liqasının XVI tur oyunundan sonra klubun rəsmi saytına açıqlamasında deyib. Gənc müdafiəçi heç-heçəni ədalətli nəticə hesab edib: "Qol epizodlarının sayı az olsa da, hər iki komanda qalib gələ bilərdi. Buna görə də heç-heçəni ədalətli nəticə hesab edirəm”.
Qeyd edək ki, 16 turdan sonra 27 xalla ikinci yerdə gedən "Neftçi" lider "Qarabağ"dan 8 xal geri qalır.