
Futbol üzrə Azərbaycan Premyer Liqasında XVI turun rəmzi komandası bəlli olub.
Sportnet.az-ın məlumatına görə, “InStat”ın təhlilinə əsasən "11-liy"ə "Sabah"dan 4, "Səbail", "Qarabağ" və "Sumqayıt"dan hərəyə 2, "Qəbələ"dən isə 1 oyunçu düşə bilib.
Turun futbolçusu adına isə "Sumqayıt"dan Xəyal Nəcəfov layiq görülüb.
Qapıçı: Saşa Stamenkoviç – 283 (“Sabah”)-2
Müdafiəçilər: Ailton Silva - 264 (“Qarabağ”)-5, Filip İvanoviç – 274 (“Sabah”), İviça Juniç - 251 (“Qəbələ”)-2, Maksim Medvedev - 234 (“Qarabağ”)-3
Yarımmüdafiəçilər: Elvin Cəfərquliyev – 272 (“Sumqayıt”), Xəyal Nəcəfov - 325 (“Sumqayıt”), Hendrik Ekşteyn - 285 (“Səbail”)-3, Ozan Can Kökcü – 261 (“Sabah”)-3
Hücumçular: Ruslan Hacıyev - 276 (“Səbail”), Marko Deviç – 253 (“Sabah”)
Qeyd edək ki, oyunçuların adının qarşısındakı rəqəm “InStat” indeksi, sondakı isə rəmzi komandaya düşmə sayıdır.